Rashid Hasan MustafaZadeh

Главная » Müsahibə » Jurnalist Fuad Abbasov BDU-da tələbələrlə görüşüb — VİDEO

Jurnalist Fuad Abbasov BDU-da tələbələrlə görüşüb — VİDEO

Müəlliflə əlaqə

+994 552984188

Xəbərdən xəbərdar olun..

Təqvim

Май 2016
Пн Вт Ср Чт Пт Сб Вс
« Апр   Фев »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bölmələr

Müsahibə

Öz emailinizi qeyd edin

İzlədiyim bloqlar

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Gənc Reportyorlar Birliyi» və Jurnalistika fakültəsinin təşkilatçılığı ilə son zamanlar Rusiyadakı çıxışları ilə yadda qalan jurnalist Fuad Abbasovla görüş keçirilib.

SalamNews xəbər verir ki, görüşdə THİK sədri Daşqın Qənbərov, Jurnalistika fakültəsi dekan müavini Əli Hacıyev və fakültənin professor-müəllim heyəti, BDU-da «Gənc Reportyorlar Birliyi»nin sədri Rəşid Mustafazadə və tələbələr iştirak edib.

Hər kəsi salamlayan Rəşid Mustafazadə aprel hadisələrini xatırladararaq, informasiya müharibəsində əldə olunan nəticələrdən danışıb: «4 günlük müharibə illərlə, əsrlərlə davam edən münaqişənin görünən kiçik tərəfidir. İnformasiya müharibəsində də müəyyən şəxslər fərqlənə və xalqımızın, dövlətimizin sözünü dünyaya çatdıra bildi. Onlardan biri də məhz bugünkü qonağımızdır.»

Əli Hacıyev qonağı fakültədə görməkdən şad olduğunu və məhz belə bir dövrdə tələbələrlə fikir və təcrübə mübadiləsinin aparılmasının zəruri hesab etdiyini dilə gətirib.

THİK sədri Daşqın Qənbərov tələbələri informasiya müharibəsində fəal olmağa, bilik və bacarıqlarını əsirgəməməyə dəvət edib. Qənbərov universitet rəhbərliyi və tələbələri adından bu müddət ərzində Azərbaycan dövlətinin maraqlarını var gücü ilə müdafiə etdiyi üçün F.Abbasova dərin təşəkkürünü bildirib.

Daha sonra «The truth about Armenians» adlı videoçarx nümayiş olunub. Həmin layihənin rəhbəri, BDU Tarix fakültəsi 3-cü kurs tələbəsi ideyanın yaranması və ermənilərin kəskin reaksiyasından danışıb.

O, tələbə yoldaşlarını bu cür məsələlərə biganə yanaşmamağa çağırıb. Son günlər Rusiya televiziya kanallarında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini müdafiə edən və müxtəlif təzyiqlərə məruz qalan Fuad Abbasov gənc jurnalistlərlə öz təcrübəsini paylaşıb.
O, bir çox qaranlıq məqamlara və eyni zamanda bir müddət öncə Türkiyədəki işindən çıxarılması ilə bağlı məsələlərə aydınlıq gətirib. Fuad Abbasov gələcək planları barədə məlumat verib və nitqində qeyd edib ki, bu gün etdikləri əslində sabah «Mən Vətənim üçün nə etdim?»sualına tutarlı cavab verə bilməsi üçündür.

Tələbələrin sualları ilə davam edən tədbir qonaqla xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Advertisements

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

101 Books

Reading my way through Time Magazine's 100 Greatest Novels since 1923 (plus Ulysses)

Ahmed's photo Blog

If your pictures aren't good enough, you're not close enough - Robert Capa

AYTƏN KƏRİMOVA

◆Life goes on◆

JURNALİSTİKA DƏRSLƏRİ

“Mənə informasiya verin, dünyanı tərpədim"

cemile kerim

Kəpənəyin Dünyasından Qeydlər

Əminə İlyaslı

Qələmpərəst

%d такие блоггеры, как: